Haqqımızda
Son illər ölkəmizdə ictimai həyatın bütün sahələrində əldə edilən dinamik inkişaf respublikamızın geosiyasi əhəmiyyətini xeyli artırmışdır. Bütün bunlarla yanaşı, qlobal iqtisadi məkanda cərəyan edən sosial-iqtisadi proseslərdə fəal iştirak etmək, xarici bazarlara səmərəli çıxış, rəqabət qabiliyyətli milli sənayeyə sahib olmaq kimi vacib vəzifələrin icrası zərurətə çevrilmişdir. Müasir dövrdə dünya gündəmini aktual olan qloballaşma, sürətli inteqrasiya, davamlı inkişaf və s. məsələlər ölkəmiz üçün də xüsusi önəm kəsb edir.
Mərhum prezident Heydər Əliyev məqsədyönlü və kompleks tədbirlər həyata keçirməklə «Tarixi İpək yolu»nun bərpası ideyasını xəyaldan reallığa çevirdi. Bu nəhəng layihənin gerçəkləşdirilməsi nəticəsində ölkəmizin geostrateji və geosiyasi əhəmiyyəti daha da artmış, Azərbaycan Şərqlə-Qərb arasında strateji körpü rolunu oynayan əlverişli tranzit əhəmiyyətli ölkəyə çevrilmişdir.
Hörmətli tərəfdaşlarımız, bu prosseslər fonunda logistika ve gömük rəsmiləşdirilməsi sahələrində dərin təcrübələrə malik olmağımız sizlərə daha operativ və keyfiyyətli xidmət göstərmək üçün yeni şirkətlə qarşınıza çixmamızı labüd etmişdir. Yeni şirkət dedikdə yeni sözü yalnız sözdə qalmamalı, fəaliyyətimizin hər sferasında sizin xoş təəccübünüzə səbəb olacaq innovativ addımların atılmasının nə dərəcə önəmli olduğunu dərk edərək bu yola çıxdıq. Xüsusən də logistika sahəsində sizi bu günə qədər narahat edən bir çox halları unutdurmağı, dəyərli vaxtınızı şirkətinizin gələcək inkişafına yönəldəcək vaxtı və vəsaiti sizə qənaət etdirməyi başlıca məqsədimiz olaraq seçdik.